"Benfika"nın yarımmüdafiəçisi Jedson Fernandeş İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu karyerasını "Tottenhem"də davam etdirəcək.

Baş məşqçi Joze Mourinyonun tələbindən sonra onun həmyerlisi üçün "Benfika"nın qapısını döyən londonlular qarşı tərəflə ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, 21 yaşlı orta sahə oyunçusu "Tottenhem"də icarə əsasında çıxış edəcək. O, gələn ilin yayına qədər Premyer Liqa klubunun formasını geyinəcək. "Tottenhem" yarımmüdafiəçini həmin vaxt 60 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Jedson Fernandeş cari mövsüm Portuqaliya çempionatında 7 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest