Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə davam etdirən "Qəbələ" sabah toplanış çərçivəsində ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşacaq.
 
Budapeşt təmsilçisi ilə görüş "Karvansaray" otelinin meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
Komandalar ötən qışda da yoxlama oyununda üz-üzə gəlib. Antalyada baş tutan həmin matçda "qırmızı-qaralar" 3:2 hesablı qələbə qazanıblar. "Qəbələ"nin qollarına Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıb. Rəqiblər UEFA Avropa Liqasının 2016/17 mövsümündə II təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə qalib gələn "qırmızı-qaralar" mərhələ adlayıb - 2:1, 2:0.
 
132 yaşı olan Budapeşt təmsilçisinin əsası 1888-ci ildə qoyulub. Paytaxt klubu 23 dəfə Macarıstan çempionu olub, 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. MTK 1963-1964-cü illər mövsümünün UEFA Kuboklar Kubokunun finalçısı olub. ötən mövsümü uğursuz keçirən komanda yüksək dəstədə 11-ci yeri tutaraq 2-ci liqaya yuvarlanıb. Cari çempionatın 20 matçında 46 xal toplayan MTK qış fasiləsinə yarışın lideri kimi yollanıb.
 
Xatırladaq ki, "Qəbələ" Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 18-də Rusiyanın "çayka", 22-də Bolqarıstanın "Etar", 25-də bu ölkənin digər təmsilçisi "Dunav" ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
14 yanvar
 
17:00. "Qəbələ" – MTK (Macarıstan)
"Karvansaray" otelınin meydancası.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest