Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Macarıstanın "Kaposvar" klubu ilə qarşılaşıb.

"Miracle" otelinin stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açsa da, sonradan geriyə düşüb. "Kimyaçılar" macarlara qarşı iki fərqli  hesabla geriyə düşməsinə baxmayaraq oyunda tarazlığı bərpa edib. Lakin oyunun sonuncu dəqiqəsində macarlar daha bir qol vuraraq  görüşdən qalib ayrılıblar. 

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha 3 yoxlama görüşü keçirəcək.

Yoxlama görüşü

14 yanvar

16:00. "Sumqayıt" - "Kaposvar" (Macarıstan3:4

Qollar: Mehdi Şərifi, 14, Xəyal Nəcəfov, 62, Amil Yunanov, 69

"Miracle" otelinin stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest