"Barselona" klubunda baş məşqçi postunda Kike Setyenin Ernesto Valverdeni əvəzlədiyini xəbər vermişik. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisində 17 ildən sonra ilk dəfə mövsümün ortasında baş məşqçi dəyişikliyi olub. 
 
Bu barədə AS nəşri məlumat yayıb.
 
Belə ki, sonuncu dəfə 2003-cü ilin yanvarında "Barselona"da Lui van Qal baş məşqçi postundan göndərilib və onun yerinə Radomir Antiç komandanın "sükanı arxasına" gətirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest