Toqolu futbolçu Yaovi Akakpo yenidən "Qəbələ" klubuna baxışa gəlib. Matc.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi baş məşqçi Elmar Baxşıyevin etimadını qazanmağa çalışır.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Akakpo "Qəbələ"nin Antalyada Macarıstanın MTK (Budapeşt) klubuna qarşı keçirdiyi yoxlama oyununda (0:3) da iştirak edib. Məşqçilər korpusu onu əsas heyətdə meydana buraxıblar.
 
Xatırladaq ki, Akakpo ötən il də "Qəbələ"də baxışda olub. Ancaq əyalət təmsilçisinin keçmiş baş məşqçisi Sənan Qurbanov yarımmüdafiəçini bəyənməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest