İngiltərənin "Everton" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi 4-cü divizion klubu "Karlayl"dan Cerred Brentueyti transfer edib. 
 
Bu barədə "Everton"un rəsmi saytı məlumat yayıb. 17 yaşlı müdafiəçiylə 2,5 illik müqavilə imzalanıb.
 
"Karlayl"ın yetirməsi olan Cerred, bu mövsüm 11 qarşılaşmada iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest