Qış transfer dönəmində "Neftçi"dən ayrılan Kiril Petrovun yeni klubu müəyyənləşib. 30 yaşlı müdafiçi karyerasını vətənində davam etdirəcək. Belə ki, Petrov Ukrayna Premyer Liqasında çıxış edən "Kolos"la anlaşıb.

Qış transfer dönəmində "Neftçi"dən ayrılan Kiril Petrovun yeni klubu rəsmən müəyyənləşib. Matc.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, 30 yaşlı müdafiçi karyerasını vətənində davam etdirəcək.

Belə ki, Petrov Ukrayna Premyer Liqasında çıxış edən "Kolos"la anlaşıb. Ukrayna millisinin sabiq üzvü Kiyev klubu ilə müqavilə bağlasa da, sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Kiril Petrovun "Neftçi" ilə müqaviləsinə iki gün əvvəl xitam verilib. O, bu mövsüm "ağ-qaralar"ın heyətində 17 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest