Türkiyə millisinin sabiq üzvü Arda Turan karyerasını Braziliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, təcrübəli futbolçunun adı "Qalatasaray" ilə hallansa da, klub rəhbəri Turanın gündəmlərində olmadığını bildirib.

Arda üçün digər bir iddia isə Braziliya mətbuatından gəlib. Belə ki, 32 yaşlı oyuçunun braziliyalı sabiq komanda yoldaşı Felipe Luisin vasitəsi ilə "Flamenqo" və "Palmerias"a keçəcəyi bildirilib. "Barselona"dan "Başakşəhər"ə keçən Arda Tutan burada gözlənitiləri qarşılaya bilməmişdi. O, İstanbul təmsilçisi ilə çıxdığı 39 oyunda cəmi 2 qol vura bilib. Təcrübəli oyunçu hazırda klubsuzdur. 

Qeyd edək ki, türkiyəli oyunçu hələ də müqavilə ilə "Barselona"ya məxsusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest