"Tottenhem" "Benfika"nın futbolçusu Jedson Fernandeşi icarəyə götürüb. Matc.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında anlaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi qarşıdakı il yarımlıq dönəmi icarə əsasında "Tottenhem"də keçirəcək. O, yeni komandasında 30 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jedson Fernandeş 2018-ci ildən Portuqaliya yığmasına çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest