İspaniyanın "Atletiko" klubunun iki futbolçusu sıradan çıxıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin heyətində Koke və Xose Ximenes bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 
 
Koke ən azı 3 həftə komandasına kömək edə bilməyəcək. Sol ayağında ağrılar olan Ximenes isə La Liqanın növbəti turunun "Eybar"la matçında iştirak etməyəcək. Uruqvaylı müdafiəçinin növbəti turlarda qayıdacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest