İspaniyanın "Valyadolid" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Xetafe"nin müdafiəçisi Raul Qarsiyanı sıralarına cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Raul Qarsiya cari mövsümdə "Xetafe"nin heyətində 9 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest