UEFA-nın Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi, həmçinin əlavə bonusların paylanması qaydası əsasında Avropa Liqasının qrup mərhələsinin 4-6-cı oyun günlərində qeydə alınmış nəticələrə uyğun olaraq "Qarabağ"ın hesabına pul köçürülüb.

Matc.az xəbər verir ki, qitə futbol qurumu vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan çempionunun hesabına köçürüb.

"Qarabağ" 1 heç-heçəyə görə 190 min avro, əlavə bonusların paylanmasına görə isə 70 min 500 avro gəlir götürüb.

Yəni Ağdam təmsilçisi ümumilikdə 260 min 500 avro qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest