Arturo Vidal karyerası üçün  maraqlı bir qərar qəbul edib. Matc.az xarici mətbuata istinadən bildirir ki, "Barselona"da çıxış edən təcrübəli futbolçu komandaya Kike Setyenin təyin olunmasından  sonra kolumbiyalı sevgilisi Sonia İsazadan ayrılıb.

Buna səbəb oyunçunun özünü daha çox məşqlərə vermək istəməsi kimi göstərilib. Bir müddətdir ki,"Barselona" zəif çıxışı ilə gündəmə gələn təcrübəli futbolçunun "İnter"ə keçəcəyi deyilirdi. Ancaq Vidal bu qərarı ilə yeni baş məşqçinin rəğbətini qazanmaq niyyətində olduğu vurğulanıb.

Qeyd edək ki, Arturo Vidal bu mövsüm "Barselona" forması ilə 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest