Təlim-məşq toplanışını Antalyada davam etdirən "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, qəsəbə təsmilçisi Rumıniyanın "Sepsi" komandası ilə qarşılaşıb. 

Matç Bakı vaxtı ilə 16:30-da start götürüb. Qarşılaşmanı Peşəkar Futbol Liqasının "YouTube" kanalı canlı yayımlanıb. "Zirə" bu görüşdən 2 cavabsız qolla qalib ayrılıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama görüşündə Türkiyə təmsilçisi "ümraniyəspor"a 0:3 hesabı ilə uduzmuşdu.

16 yanvar

 "Zirə" - "Sepsi" (Rumıniya) 2:0
Qollar: Riçard Qadze, 1; 8.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest