Xavi Hernandez "Barselona"nın təklifini rədd etməsinin səbəblərini açıqlayıb. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu buna özünü hazır hiss etmədiyini bildirib:

"Bəli, "Barselona"dan təklif almışdım. Ancaq geri çevirdim. Orada çalışmaq üçün hələ tez olduğunu düşünürəm. Ancaq bu mənim gələcəkdəki xəyalım olaraq qalacaq. üç gün idi ki, bu söz-söhbətlərə görə komandamdan kənarda idim. İndi isə yenidən "Əl Sədd"dəyəm. Hər şey öz qaydasındadır".

Qeyd edək ki, Kataloniya təmsilçisi Ernersto Valverdedən boşalan vəzifəyə Xavini gətirmək istəyirdi. Ancaq gənc mütəxəssis "Barselona"nın təklifini geri çevirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest