"Neftçi-2" təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Matc.az xəbər verir  ki, əvəzedicilər MOİK-ə 4:0 hesabı ilə qalib gəliblər.

 

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutmuş görüşdə qollara Dario Frederiko, Muxtar Əliyev, Elnur Süleymanov və Asim Əlizadə imza atıblar.

 

Qeyd edək ki, toplanış çərçivəsindəki ilk sınaq matçında "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub etmiş "Neftçi-2" yanvarın 24-ü "Qarabağ-2", 30-u isə "Sabah-2" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest