İspaniya çempionu "Barselona" futbolçusu Ballu Tablanı MLS klubuna satıb. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Monreal İmpakt"a transfer olunub.
 
Bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tabla ilə 2+2 şərti ilə müqavilə imzalanıb.
 
Kanada millisinin üzvü olan yarımmüdafiəçi mövsümün ilk dövrəsini icarə əsasında "Monreal İmpakt"da keçirmişdi.
 
MLS təmsilçisi "Monreal İmpakt"ın baş məşqçisi Tyerri Anridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest