İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində "Vulverhempton"la qarşılaşan "Mançester Yunayted" ciddi itki ilə üzləşib. Matc.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın 1:0 hesabıyla qalib gəldiyi oyunda Markus Reşford zədələnib. 
 
22 yaşlı futbolçu zədə səbəbiylə oyunun 80-ci dəqiqəsində meydanı tərk edib. Oyundan sonra hücumçunun vəziyyəti ilə bağlı danışan baş məşqçi Ole-Qunnar Sulşer, bunları deyib:
 
"Son vaxtlar onun müəyyən problemi vardı, amma bu zədə başqadır. Onu oynatmaq istəmirdim, ancaq qələbəyə ehtiyacımız vardı. Onu bazar gününə çatdırmağa çalışacağıq, amma buna söz vermirəm".
 
"Mançester Yunayted" yanvarın 19-da Premyer Liqanın 23-cü turu çərçivəsində "Liverpul"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest