2021-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun ev sahibi və təşkil olunma vaxtı məlum olub. Matc.az xəbər verir ki, mundial Kamerunda keçiriləcək. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.
 
Turnir 2021-ci ilin 9 yanvarından 6 fevralına qədər davam edəcək. Afrika Millətlər Kuboku adətən iyun və iyul aylarında keçirilir. Ancaq hava şəraiti ilə əlaqədar, mundialın qış aylarında – yanvar və fevralda keçirilməsi qərara alınıb.
 
Bu qərar İngiltərənin Premyer Liqa klublarına ciddi təsir edəcək. çünki klublar ölkə çempionatının davam etdiyi vaxtda afrikalı futbolçularını yığmalarına göndərməlidirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest