Almaniyanın "Volfsburq" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Zalsburq"dan Marin Ponqraciçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Almaniya mətbuatının xəbərinə görə, "Volfsburq" "Bavariya"nın yetirməsi olan Ponqraciç üçün "Zalsburq"a 10 milyon avro ödəyib.
 
"Zalsburq" xorvatiyalı futbolçunu 2017-ci ildə 1 milyon avro qarşılığında heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest