Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
"Antalyaspor"un "Göztəpə" ilə ev oyunu kifayət qədər məhsuldar alınıb. Qol duelindən meydan sahibləri qalib ayrılıblar. "Trabzonspor" da "Dənizlispor"u məğlub yola salıb.
Bu mərhələnin cavab oyunları yanvarın 21-23-ü aralığında keçiriləcək.
Türkiyə kuboku
1/8 finalın ilk oyunları
14 yanvar
Başakşəhər – Kırklarelispor 1:1
Sivasspor – Yeni Malatyaspor 4:0
Kayserispor – Fənərbaxça 0:0
15 yanvar
Alanyaspor – Kasımpaşa 3:1
Ərzurumspor – Beşiktaş 3:2
Rizəspor – Qalatasaray 1:1
16 yanvar
Antalyaspor – Göztəpə 4:3
Trabzonspor – Dənizlispor 2:0