İstanbul təmsilçisi "Başakşəhər"də çıxış edən Demba Ba ötən il Mesiyə verilən "qızıl top" barədə açıqlama verib. Demba Ba "qızıl top"u həmyerlisi Sadio Manenin almalı olduğunu bildirib:

"İndiki zamanda statistikaya çox önəm verirlər. Əgər ötən il Manenin statiskası Messidə olsaydı, mükafatı yenə argentinalıya verəcəkdilər. Mane çempionlar Liqasını qazanaraq inanılmaz bir mövsüm keçirdi. O, Premyer Liqada ən çox qol vuran oyunçu oldu. Bütün oyunlarda baş rolda idi.  Təbii ki, Messi ən yaxşıdır. Hətta Mane özü mənə gəlib "Messidən yaxşıyam" desə, "səsini kəs, otur yerinə" deyərəm. Ancaq həqiqət odur ki, Mane ötən il əla mövsüm keçirmişdi"

Qeyd edək ki, Messi ötən ilin dekabrında 6-cı dəfə "qızıl top"un sahibi oldu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest