İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 21-dən 25-dək çempionlar Liqasının oyunları keçiriləcək. Matc.az xəbər verir ki, turnirdə ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası təmsil edəcək.

Püşkün nəticəsinə görə, B qrupunda yer alan təmsilçimizin rəqibləri İtaliyanın "Potenza", Danimarkanın "Vikinq" və İspaniyanın "Qranada" komandaları olacaq. "Ulduz" yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də "Vikinq", saat 20:00-da isə "Qranada", yanvarın 22-də saat 14:00-da "Potenza" komandası ilə qarşılaşacaq. Həmin gün 1/8, ertəsi gün 1/4, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest