Topaz Premyer Liqasının debütantı "Sabah" yoxlama oyunu keçirib. Matç.az saytı xəbər verir ki, Elşad Əhmədovun yetirmələri milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə I Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.

Son çempionat oyununda "Səbail"ə 0:4 hesabı ilə uduzan "Sabah" bu dəfə həmin hesabla qələbə qazanıb.  "Əlincə Arena"da keçirilən görüşdə qollara Tural Qürbətov, Vitali Kvaşuk, Elçin Əsədov və Tolqar Yaqubov imza atıb.

Yoxlama oyunu

17 noyabr

"Sabah" - MOİK 4:0

Qollar: Tural Qürbətov, 40. Vitali Kvaşuk, 53. Elçin Əsədov, 71, Tolqar Yaqubov, 78

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest