Rusiyanın "Ufa" komandasının təlim-məşq toplanışı üçün yollandığı Kiprdə qaldığı oteldə yanğın baş verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yanğına saunadakı qısaqapanma səbəb olub.
 
Hadisə nəticəsində xəsarət alanlar və dəyən zərər haqda məlumat yoxdu.
 
"Ufa" klubunda azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir. Əliyev də komandası ilə birlikdə Kiprə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest