"Sumqayıt"ın Türkiyədəki təlim-məşq toplanışı davam edir. Matc.az xəbər verir ki, sözügedən komanda Antalya toplanışının 6-cı günündə axşam məşqini keçirib.
 
Təxminən 1 saat 15 dəqiqə davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
 
Qeyd edək ki, "Sumqayıt" sabah Türkiyədə növbəti yoxlama oyununu keçirəcək. Komanda Rumıniyanın "Politexnika" (İaşi) kollektivi ilə qarşılaşacaq. "Topkapı" otelinin meydançasında keçiriləcək oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest