İkinci dəfə yığmamızın matçında iş başında olacaq fransalı cəmi 13 ay öncə Bakının qonağı olub. 2014-cü ildən FİFA dərəcəsinə malik Millot DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan - Çexiya görüşündə fit çalıb. 2017-ci il oktyabrın 5-də baş tutan matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

Millətlər Liqasının son turunun Kosovo – Azərbaycan oyununu idarə edəcək fransalı hakim Benua Millot 3-cü dəfə təmsilçimizin iştirak etdiyi qarşılaşmaya təyinat alıb. Matç.az saytı xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi indiyədək bir dəfə yığma, bir dəfə klub səviyyəsində komandalarımızın görüşündə fit çalıb.

İkinci dəfə yığmamızın matçında iş başında olacaq fransalı cəmi 13 ay öncə Bakının qonağı olub. 2014-cü ildən FİFA dərəcəsinə malik Millot Dç-2018-in seçmə mərhələsinin Azərbaycan – çexiya görüşündə fit çalıb. 2017-ci il oktyabrın 5-də baş tutan matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

Həmin qarşılaşmada qonaqları 3 sarı vərəqə ilə cəzalandıran fransalı millimizin lehinə penalti qərarı da verib. Əfran İsmayılov 55-ci dəqiqədə hesabı bərabərləşdirsə də, yığmamız sonda məğlubiyyətdən qaça bilməyib.

Millot bir dəfə də Azərbaycan klubunun görüşünün baş hakimi olub. O, 2014/15 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin "Koper"lə səfər matçını idarə edib.  

2014-cü il iyulun 24-dəki oyunda da qonaqlar 2 qolla, bu dəfə 2:0 hesabı ilə qalib gəlib. Hakim futbolçularımıza 2, rəqibə 4 sarı və 1 qırmızı vərəqə göstərib. Təmsilçimizdə Erik Ramos və Karlos Kardoso "fərqlənib". Sonuncu həm də Mirhüseyn Seyidovla birlikdə qol müəllifi olub.

Göründüyü kimi Millotun yolları təmsilçilərimizlə kəsişənda qonaqlar 2 qol vurur və qalib gəlir. Bu ənənəni davam etdirmək növbəsi Kosovoda qonaq olacaq Qurban Qurbanovun yetirmələrinin üzərinə düşür.

Qeyd edək ki, D liqasının 3-cü qrupunun VI turunda baş tutacaq Kosovo – Azərbaycan oyunu noyabrın 20-də Priştina şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest