Futbol üzrə Almaniya Bundesliqasında mövsümün ikinci dövrəsinə start verilib. Matc.az xəbər verir ki, üç günü əhatə edəcək 18-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Şalke" evdə Münhenqladbax "Borussiya"sı ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə iki cavabsız qolla qalib gəliblər.
 
Almaniya Bundesliqası
18-ci tur
17 yanvar
 
Şalke – Borussiya (Münhenqladbax) 2:0
Qol: S.Serdar, 48. Qreqoritş, 58.
 
18 yanvar
 
18:30 Auqsburq – Borussiya (Dortmund)
18:30 Fortuna – Verder
18:30 Köln – Volfsburq
18:30 Hoffenhaym – Ayntraxt
18:30 Maynts – Frayburq
21:30 Leyptsiq – Yunion
 
19 yanvar
 
18:30 Herta – Bavariya
21:00 Paderborn – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest