"Mançester Yunayted"in baş məşqçisi Ole Quner Sulşer qarşıdakı "Liverpul" oyunu barədə açıqlama verib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis komandasının bu oyundan yaxşı nəticə qazanacağını bildirib:

"ötən mövsüm "Mançester Siti" və PSJ-yə qarşı yaxşı oyunlar keçirmişdik. Bu mövsüm "Liverpul"la ilk oyunu heç-heçə etdik. Səfərdə onlara qarşı oynaya biləcəyimiz bir neçə variant var. "Enfild Rold"da oynamaq asan deyil. Ancaq biz də asan təslim olmayacağıq. Məncə, "Liverpul"u durudura bilərik"

Qeyd edək ki, "Liverpul" – "Mançester Yunayted" matçı yanvarın 19-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest