Futbol üzrə İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
Lider "Yuventus" "Parma" ilə qarşılaşıb və Ronaldonun dublu sayəsində turu qələbəylə başa vurub.
Son turda "Atalanta" ilə matçda xal itirən "İnter", bu dəfə də "Leççe" səfərindən 1 xalla dönüb.
"Milan" doğma azarkeşləri qarşısında "Udineze"ni sınağa çəkib və çətin qələbəyə sevinib.
"Roma" da "Cenoa" ilə səfər oyunundan qalib ayrılıb.
İtaliya A Seriyası
20-ci tur
18 yanvar
Latsio – Sampdoriya 5:1
Qol: Kaysedo, 7. İmmobile, 17-pen; 20; 65. Bastos, 54 – Linetti, 70.
Sassuolo – Torino 2:1
Qol: Boqa, 61. Berardi, 73 – Lokatelli, 20-öz qapısına.
Napoli – Fiorentina 0:2
Qol: Kyeza, 26. Vlahoviç, 74.
19 yanvar
Milan – Udineze 3:2
Qol: Rebiç, 48; 90+3. T.Ernandes, 72 – Larsen, 6. Lasanya, 85.
Bolonya – Verona 1:1
Qol: Bani, 21 – Borini, 81.
Breşiya – Kalyari 2:2
Qol: Torreqrossa, 27; 49 – J.Pedro, 21; 68-pen.
Leççe – İnter 1:1
Qol: Mankosu, 77 – Bastoni, 72.
Cenoa – Roma 1:3
Qol: Pandev, 45 – C.ünder, 6. Biraski, 44-öz qapısına. Dzeko, 74.
Yuventus – Parma 2:1
Qol: Ronaldo, 43; 58 – Kornelius, 55.
20 yanvar
23:45 Atalanta – SPAL