"Bursaspor"un ukraynalı futbolçusu Yevgeni Seleznov sabiq komandası "Akhisarspor" barədə danışıb. Matc.az Türkiyə mətbuatına istinadən bildirir ki, ukraynalı futbolçu "Akhisarspor" ilə maraqlanmadığını bildirib:

"Mən onlara yaxşı xidmət etdim, sayısız qollar vurdum. Ancaq onlar məni "Qalatasaray"a göndərmədilər. "Qalatasaray" mənə müqavilə təklif etmişdi. Mən də getmək istədiyimi bildirdim. Ancaq məni heyətdən kənarlaşdırdılar. İndi isə o komanda ilə maraqlanmıram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest