"Xetafe"nin futbolçusu Leandro Kabrera "Espanyol"a transfer olunub. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı uruqvaylı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
2010-2013-cü illər aralığında "Atletiko"da çıxış edən Kabrera, bu mövsüm "Xetafe" formasıyla La Liqada 18 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest