Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
"Fənərbaxça" səfərdə qolsuz heç-heçəyə razılaşdığı "Kayserispor"u evdə 2 cavabsız qolla məğlub edərək 1/4 finala yüksəlib.
 
"Başakşəhər" isə aşağı liqa təmsilçisi "Kırklarelispor"la bacarmayıb. Bu komandaların hər iki oyunu heç-heçə yekunlaşsa da, "Kırklarelispor" səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.
 
Türkiyə kuboku
1/8 finalın cavab oyunları
21 yanvar
 
Kırklarelispor - Başakşəhər 0:0 (ilk oyun 1:1)
 
Fənərbaxça - Kayserispor 2:0 (0:0)
 
22 yanvar
 
15:00. Kasımpaşa - Alanyaspor (1:3)
18:00. Göztəpə - Antalyaspor (3:4)
21:30. Beşiktaş - Ərzurumspor (2:3)
 
23 yanvar
 
15:00. Yeni Malatyaspor - Sivasspor (0:4)
18:00. Dənizlispor - Trabzonspor (0:2)
21:30. Qalatasaray - Rizəspor (1:1)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest