İlk oyunda Almaniyanın aşağı liqa klubu "Zvikkau"ya 1:4 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri ikinci matçında daha yaxşı çıxış etməyə çalışıb. Hesabı da məhz "Keşlə" açıb. Amma qalan dəqiqələrdə iki qol vuran ruslar əzmkar qələbəyə seviniblər.

Bu gün "Keşlə"Antalyada daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, "qırmızılar" Rusiyanın "Arsenal" klubu ilə qarşılaşıb.

İlk oyunda  Almaniyanın aşağı liqa klubu "Zvikkau"ya 1:4 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri ikinci matçında daha yaxşı çıxış etməyə çalışıb. Hesabı da məhz "Keşlə" açıb. Amma qalan dəqiqələrdə iki qol vuran ruslar əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, "Keşlə" Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın "Zemplin" klubuna qarşı keçirəcək.

Yoxlama oyunu
22 yanvar

"Keşlə" – "Arsenal" (Rusiya) 1:2
Qol: Aleksandr Kristavao, 70.

Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov (k), 5. Franko Flores, 7. Tural Bayramli, 9. Lorenzo Frutos, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 21. Miyuşko Boyoviç, 22. Əfran İsmayılov, 25. Con Kamara.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest