Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Las Palmas"dan Xosep Martinesi transfer edib.
 
Bu barədə "Leyptsiq"in rəsmi saytı məlumat yayıb. 21 yaşlı qapıçı ilə müddəti 2024-cü ilə qədər olan müqavilə imzalanıb.
 
"Barselona"nın yetirməsi olan Martines, 2017-ci ildə "Las Palmas"a keçib. Qapıçı bu mövsüm İspaniya Sequndasında 14 oyunda 19 qol buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest