Türkiyə çempionu "Qalatasaray" sol cinah müdafiəçisi Emre Taşdemirlə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu İstanbul klubu ilə müqaviləsinin müddətini 2020/21 mövsümünün sonuna kimi uzadıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
 
"Qalatasaray" Taşdemirin yeni müqaviləyə əsasən qazancını da açıqlayıb. Müdafiəçi 2020/21 mövsümündə 2 milyon 200 min TL qazanacaq.
 
Emre Taşdemir ötən mövsümün qış fasiləsi zamanı, yəni düz 1 il öncə "Bursaspor"dan ayrılaraq "Qalatasaray"a keçmişdi. O, geridə qalan bu müddət ərzində İstanbul klubu ilə Super Liqada 13, Türkiyə kubokunda 4 oyuna çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest