Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi fransalı futbolçu Remi Uolteri heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Nitsa"dan transfer olunan 24 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
 
Fransalı oyunçu "Nansi"nin yetirməsidi. 2016-cı ildə isə o, doğma klubunu "Nitsa"ya dəyişib. Fransanın U-21 yığması da daxil olmaqla aşağı yaş qrupları üzrə müxtəlif komandalarda oynamış yarımmüdafiəçi əsas millidə şans qazanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest