"Qalatasaray"ın fransalı futbolçusu Steven Nzonzi karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki,  Premyer Liqa təmsilçisi "Vest Hem" təcrübəli oyunçunu heyətinə qatmaq niyyətindədir.

Premyer Liqada  yaxşı çıxış etməyən London təmsilçisi mərkəzi Nzonzi ilə gücləndirmək istəyir. Komandaya yeni gələn baş məşqçi Devid Moyes oyunçunun alınmasında israrlıdır.

Qeyd edək ki, fransalı futbolçu "Qalatasaray"da heyətdən uzaqlaşdırılıb. Buna səbəb oyunçunun intizamsız davranması olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest