Bakıda təlim-məşq toplanışına başlayan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək Gürcüstanın Tbilisi şəhərində hazırlıq keçəcək.

Matc.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində yanvarın 27-də və 29-da, saat 14:00-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest