"Yoxlama görüşü olsa da, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hər hissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadir olduqlarını görə bilək"

I Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt"ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri "Sumqayıt Arena"nın ehtiyat meydançasında İranın aşağı liqa təmsilçisi "Rekord" komandası ilə qarşılaşıb. 
 
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Sumqayıt-2"-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib.
 
Yoxlama oyunundan sonra "Sumqayıt"ın baş məşqçisi Zaur Hidayətov oyun və komandanın təlim-məşq toplanışı barədə fikirlərini bildirib: 
 
"Yoxlama görüşü olsa da, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hər hissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadir olduqlarını görə bilək.
 
Ayın 8-dən təlim-məşq toplanışına başlamışıq. Klub tərəfindən toplanış üçün şərait yaradılıb. Bildiyiniz kimi, artıq ikinci yoxlama oyunumuzu keçirdik. 2 günlük istirahətdən sonra yenidən məşqləri bərpa edəcəyik. Ayın 30-da isə "Qarabağ"ın əvəzediciləri ilə oyunu planlaşdırırıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest