Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyunlar keçirilib. Matç.az saytının məlumatına görə, "Keşlə"nin yarımmüdafiəçisi Ebrima Sohnanın komandası Qambiya D qrupunda 5-ci görüşünə çıxıb.

Komanda öz meydanında qrupun liderlərindən olan Benini qəbul edib. Qonaqlar ilk hissədə hesabı açsalar da, son 20 dəqiqədə 3 dəfə fərqlənən Qambiya oyundan 3:1 hesablı qalibiyyətlə ayrılıb. Start heyətində meydana daxil olan Sohna 90 dəqiqə mübarizə aparıb.

Bu, eyni zamanda Qambiyanın qrupda ilk qalibiyyəti olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest