Antalyada təlim-məşq toplanışında olan "Səbail" sabah hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq. Matc.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Polşanın "Korona" komandası ilə üz-üzə gələcək. 
 
Artıq bu oyunun başlama saatı da müəyyənləşib. Topkapı futbol mərkəzində keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
 
"Səbail" Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın "Jetısu" klubuna 0:1, Ukrayna "Olimpik"inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi "Voluntari" ilə heç-heçəyə (2:2) razılaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest