Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Havr" klubundan Tino Kadevere ilə müqavilə imzalayıb.
 
Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Kadevere mövsümün sonuna qədər "Havr" klubunda icarədə qalacaq. Zimbabveli hücumçu 2020-ci ilin yayında Lion təmsilçisinə qoşulacaq.
 
Bu mövsüm Liqa 2-də "Havr" formasıyla 20 oyuna çıxan Kadevere, 18 qolla çempionatın bombardiridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest