"Oyunumuzdan razı qaldım. Bizim üçün Avropa Liqasının iştirakçısı bir komanda ilə oynamaq çox yaxşı haldır"

Matc.az xəbər verir ki, bu sözləri "Siqma"nın məşqçisi Radoslav Latal "Qarabağ"la (3:1) keçirilən yoxlama oyunu sonrası deyib. O, qalib gəldikləri üçün şad olduğunu söyləyib.

"Bu gün çox yaxşı mübarizə apardıq. "Qarabağ"a qarşı istədiyimizi etdik. Ancaq ikinci hissə bəzi dəyişiklərdən sonra səhvlərimiz oldu. İndi bunları müzakirə etməyin vaxtıdır. Liqa başlayana kimi səhvləri düzəltməliyik. Ancaq bu gün qalib gəldiyimiz üçün çox şadam" – deyə, Latal bildirib.

Qeyd edək ki, "Qarabağ" bu gün daha bir yoxlama oyununa çıxacaq. Ağdam klubu saat 18:30-da Polşanın "Visla" komandası ilə görüşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest