19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Aç-2019-un seçmə mərhələsində 3-cü oyununu Lixtenşteynə qarşı keçirəcək. Matç.az saytının məlumatına görə, görüşün hakimləri açıqlanıb.

UEFA Tiflisdə baş tutacaq oyunu belçikalı və gürcüstanlı referilərə tapşırıb. Qarşılaşmanın baş hakimi Erik Lambreşts olacaq. Digər belçikalı Karel de Rokerlə gürcüstanlı Georgi Elikaşvili ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleko Aptsiauri (Gürcüstan) yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 20-də "Mixail Mesxi" stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest