19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Aç-2019-un seçmə mərhələsində Lixtenşteynlə keçirəcəyi oyuna təyinat alan Erik Lambreşts azarkeşlərimiz üçün tanış addı. Matç.az saytının məlumatına görə, belçikalı referinin bir dəfə komandamızla yolu kəsişib.

34 yaşlı hakim 2016-17 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Şkendiya" – "Neftçi" görüşünü idarə edib. Bakıdakı qolsuz bərabərliyin ardından Skopyedəki cavab matçında Makedoniya təmsilçisi 1:0 hesabı ilə qələbə qazanaraq, mübarizəni davam etdirib. Həmin oyunda "Neftçi"nin heyətində Jairo, Ruslan Qurbanov və Məqsəd İsayevə sarı vərəqə göstərən Lambreşts 70-ci dəqiqədə Vançe Şikovu qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, noyabrın 20-də Tiflisdəki "Mixail Mesxi" stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest