"çelsi"nin sabiq hücumçusu Didye Droqba sosial şəbəkə hesabından Kobi Brayan haqda paylaşım edib. Matc.az xəbər verir ki, afrikalı futbolçu əfsanəvi ibasketbolçuya təşəkkür edib:
"Mənə verdiyin məsləhətlər və danışdığın hekayələr üçün sənə çox təşəkkür edirəm. Sən - əsl çempion və böyük şəxsiyyətsən. ümid edirəm ki, qızınla bərabər cənnətdə istirahət edərsən".
Qeyd edək ki, Kobi Brayan dünən keçirdiyi helikopter qəzasında faciəvi şəkildə dünyasını dəyişib.