Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Federasiya kubokunun son qalibi "Mançester Siti" bu mərhələdə "Şeffild Uensdey" ilə, "Arsenal" "Portsmut"la qarşılaşacaq.
 
1/16 finalda qarşılaşdığı "Şrusberi"ni bir oyuna mübarizədən kənarlaşdıra bilməyən "Liverpul" bu rəqibini keçə bilsə, 1/8 finalda "çelsi" ilə üz-üzə gələcək.
 
1/8 final oyunlarının dəqiq tarixi 1/16 finalın təkrar görüşləri ilə əlaqədar, hələlik müəyyənləşməyib.
 
İngiltərə Federasiya kuboku
1/8 final
 
Şeffild Uensdey – Mançester Siti
 
Ridinq/Kardiff Siti – Şeffild Yunayted
 
çelsi - Liverpul/Şrusberi
 
Vest Bromviç - Nyukasl/Oksford
 
Lester - Koventri/Birmingem
 
Northempton/Derbi – Mançester Yunayted
 
Sauthempton/Tottenhem - Norviç
 
Portsmut - Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest