"Gənclər və idman nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. Ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir"

"Hər il ölkəmizdə böyük yarışlar keçirilir. Ən çox sevilən futbol da bu baxımdan istisna deyil". Matc.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Bu gün AFFA-nın növbəti konfransında çıxış edən nazir bildirib ki, ötən il Avropa Liqasının Bakıda keçirilən final görüşü yüksək təşkilatçılıqla yadda qaldı: "Bu, çox mühüm hadisə idi. Yenə də məzmunlu yarışa şahidlik edəcəyik. Avropa çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. İnanıram ki, bunun da öhdəsindən layiqincə gələcəyik".

O, AFFA-nın çoxsaylı infrastruktur layihələrin həyata keçirdiyini vurğulayıb: "Gənclər və idman nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir. "Real" klubunun gənclər və idman nazirliyi ilə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək".

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest