"Azərbaycanı diqqətlə izləmişik. Onların Ukrayna ilə yoxlama görüşünə baxmışıq. Kifayət qədər yaxşı komandadı".

"Komandada gözəl atmosfer formalaşdırmışıq. Uşaqlar yaxşı hazırlaşırlar, onların bir-birləri ilə münasibətlərindən məmnunuq. Hamısı yaxşı vəziyyətdədi və görüşə hazırdı". Matç.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovinanın U-21 yığmasının baş məşqçisi Vinko Marinoviç deyib.

Bosniyalılar sabah yoxlama görüşü çərçivəsində Azərbaycanın U-21 millisini sınağa çəkəcək. Oyunöncəsi mətbuat konfransı keçirən Marinoviç komandamızı tərifləyib.

47 yaşlı mütəxəssis qələbə qazanmaq istədiklərini bildirib: "Kollektivə yeni cəlb edilən futbolçulara oyun üslubumuzu aşılamağı bacardıq. Ancaq bundan da yaxşı ola bilərlər. Azərbaycanı diqqətlə izləmişik. Onların Ukrayna ilə yoxlama görüşünə baxmışıq. Kifayət qədər yaxşı komandadı. Azərbaycan futbol oynamaq istəyən sürətli oyunçulara malikdi. Bu üzdən onlarla oyun bizim üçün yaxşı sınaq olacaq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. Bütün futbolçulara şans verməyi planlaşdırıram. Məqsədimiz uşaqların bacarığını yoxlamaq və U-21-ə nə dərəcədə xeyir verə biləcəklərini görməkdi. Bunları görmək üçün yetərincə zamanımız var".

Qeyd edək ki, Bosniya və Herseqovina – Azərbaycan oyunu Zenitsa şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest